USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Suriya və İraqa döyüşmək üçün gedən azərbaycanlıların geri qaytarılması gözlənilir - RƏSMİ


  • Siyasət,
  • 4 ay əvvəl əlavə olunub,
  • 38 dəfə oxunub
Suriya və İraqa döyüşmək üçün gedən azərbaycanlıların geri qaytarılması gözlənilir - RƏSMİ

Ekstremist qüvvələrin tərkibində döyüşmək üçün Suriya və İraqa gedən azərbaycanlıların geri qaytarılması üçün işlər görülür.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Report”a müsahibəsində məlumat verib.

“Onların geri qaytarılması məsələsi ilə aidiyyəti qurumlar məşğuldurlar”, - deyə M.Qurbanlı əlavə edib.

Onun sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə bununla bağlı öz üzərinə düşən vəzifəni yerinə yetirir.

M.Qurbanlı onu da qeyd edib ki, Suriyaya, İraqa döyüşməyə gedənlər üç qrupa bölünür: müəyyən maddi şirnikləndirməyə inananlar, macəra axtarışında olanlar və orda baş verənlərin, təəssüf ki, cihad olduğuna inananlar.

“Birinci qismə aid edilənlər qısa zamanda öz səhvlərini anladılar – müxtəlif əyri yollarla gedib “mənzil başına” çatanda gördülər ki, onlara vəd edilən “cənnət”, var-dövlət xülya imiş, sadəcə sadəlövhlük ediblər. İkinci qismə aid edilənlər bir müddət sonra gördülər ki, bu, müharibədir, kompüter oyunu deyil və müharibə meydanı macərapərəstlik yeri deyil, insan həyatı dəyərlidir, onu macəraya qurban vermək olmaz, üstəlik, bu, əgər insanın öz həyatıdırsa. Üçüncü qismə aid olanlar da zaman keçdikcə, o bölgələrdən gələn xəbərləri, insanların hansı məşəqqətlərə məruz qaldıqlarını gördükcə özlərini sübut etmək üçün başqa arena axtarmağın daha məqbul olduğunu anladılar. Onların çox az qismi cihad adı ilə döyüşməyə yollanmışdı ki, onlar da radikal qrupların təsiri altına düşənlər idi”.

Komitə sədri bildirib ki, son beş ildə Azərbaycandan o bölgələrə kiminsə döyüşməyə getməsi ilə bağlı fakt, demək olar ki, yoxdur.

“Çünki artıq Azərbaycanda hamıya bəllidir ki, Suriyada, İraqda gedən müharibə din müharibəsi deyil. Bu, müxtəlif dairələr üçün çəkişmə mərkəzinə çevrilmiş ərazidir”.


Oxşar xəbərlər