USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

TAP-la qazın nəqli İtaliya bazarının likvidliyini artırıb


TAP-la qazın nəqli İtaliya bazarının likvidliyini artırıb

Azərbaycan qazının Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə Avropaya nəqli İtaliyanın PVS satış mərkəzinin (spot mərkəzi) likvidliyinin artmasına kömək edib.

"Simurq.net"in "S&P Global"a istinadən verdiyi məlumata görə, bu barədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov "Atlantic Council" tərəfindən təşkil olunmuş vebinarda deyib.

Onun sözlərinə görə, İtaliya bazarı üzün müddət idi likvid deyildi və PVS mərkəzində qiymətlər Avropanın digər satış hablarından daha yüksək idi.

E. Nəsirov onu da qeyd edib ki, hazırda TAP kəməri vasitəsi ilə ildə 10 mlrd. kubmetr qazın nəqli nəzərdə tutulub, bu da Avropanın ümumi qaz tələbatına görə, "təvazökar" həcmlərdi: "Lakin bu oyunun şərtlərini həcm baxımından deyil, tədarükçünün şaxələndirilməsi baxımından dəyişdirir".

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.


Oxşar xəbərlər