USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

TAP və Sakarya qaz sahəsindəki kəşflər Avropa üçün əlavə imkanlar yaradır


  • Dünya,
  • 4 ay əvvəl əlavə olunub,
  • 240 dəfə oxunub
TAP və Sakarya qaz sahəsindəki kəşflər Avropa üçün əlavə imkanlar yaradır

“Avropa İttifaqı (Aİ) rəhbərliyi Cənub Qaz Dəhlizinin (SGC) tamamlanması və Trans-Adriatik Boru Kəmərinin (TAP) fəaliyyətə başlaması ilə Türkiyənin Avropanın qaz təchizatının təhlükəsizliyi üçün vaz geçilməz olacağını bilməlidi".

Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

“Enerji infrastrukturunu birləşdirən Türkiyə, eyni zamanda, “Istanbul Benchmark” çərçivəsində yeni qaz ticarəti bazarına çevrilir. 2021-ci ildə Türkiyədə təbii qaz fyuçers bazarının qurulması və fəaliyyətə başlaması gözlənilir. Avropanın qaz tələbini mümkün qədər təmin etmək niyyəti sayəsində, Türkiyə Avropa ölkələrini Avropa enerji bazarlarında Rusiya qazından asılılığının azaldılmasının təminatçısına çevrildi”, - məlumatda deyilir.

Türkiyənin uzunmüddətli enerji strategiyası dörd sütuna əsaslanır: neft və təbii qaz idxalının marşrutu və mənbənin şaxələndirilməsi, bərpa olunan və yerli enerji mənbələrinin nisbətinin artırılması, enerji səmərəliliyinin artırılması və Türkiyənin enerji təminatına nüvə enerjisinin əlavə edilməsi daxildir. Bu məqsədlə Türkiyə enerji bazarında LNG-nin geniş yayılması ilə Türkiyə, ümumi qaz idxalında Rusiyanın payını azaltmağa müvəffəq olub. Rusiyanın Türkiyəyə təbii qaz idxalı əvvəllər 52 faiz səviyyəsindəykən, ötən il bu nisbət 33 faizə gerilədi.

TAP-ın icraçı direktoru Luka Schieppati hesab edir ki, qaz təchizatı təhlükəsizliyi baxımından TAP-ın aktivləşdirilməsi və Türkiyənin Sakarya Qaz Sahəsindəki son qaz kəşfləri Avropa bazarlarına marşrutları və qaz mənbələrini daha da şaxələndirmək üçün əlavə imkanlar yaradır.

Türkiyə təbii qaz idxalı, nəqli, saxlanması və ixracı üçün imkanlarını genişləndirərək, öz regionunda təbii qaz tələbini cəlb edən mübahisəsiz və vazgeçilmez bir mərkəzə çevrilib.

Türkiyə, güclü və davamlı enerji təchizatı və enerji qiymətləri təhlükəsizliyini inkişaf etdirmək üçün qlobal enerji bazarındakı qarşılıqlı asılılığın istifadə edilməsinin potensial mənfi nəticələrini aradan qaldırmaq məqsədi daşıyan “Turkey for Energy” strategiyasını həyata keçirir. Bu strategiya 2021-ci ilin əvvəlində Türkiyə ilə Avropa İttifaqı arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoymasını ehtiva edir, çünki onun əsas məqsədi mili və qlobal şəbəkənin bütövlüyünü möhkəmləndirərək Türkiyə və Avropa enerji təchizatı və qiymət təhlükəsizliyini təmin etməkdir.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 faizini TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir.


Oxşar xəbərlər