USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Tərtərdə işğaldan azad edilmiş ərazilərə gizli yolnan keçən şəxislər saxlanıb.


  • ,
  • 5 ay əvvəl əlavə olunub,
  • 252 dəfə oxunub
Tərtərdə işğaldan azad edilmiş ərazilərə gizli yolnan keçən şəxislər saxlanıb.

Tərtərin işğaldan azad edilmiş ərazilərinə qeyri-qanuni daxil olan şəxslər müəyyən edilib

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş ərazilərinə gizli yollarla daxil olmağa çalışan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb ediliblər. 

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Simurq.net in Qarabağ üzürə bölgə müxbirinə verilən məlumata görə, fevral ayının 4-də Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon sakinləri Şəhriyar Mahmudov, qardaşı Bəxtiyar Mahmudov, eləcə də, Orxan Məmmədov və Dağıstan Şahvələdovla birlikdə işğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərinin ərazisinə gizli yollarla daxil olsalar da polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Saxlanılarkən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadıqlarına görə B.Mahmudov, O. Məmmədov və D.Şahvələdovun barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Tərtər rayon məhkəməsinə göndərilib və hər biri 200 manat miqdarında cərimə edilib. Ş. Mahmudov barəsində isə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.   

Fəzail Səfərov.

 


Oxşar xəbərlər

Hacıqabul rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri barəsində cinayət işi başlanıb.
https://simurq.net/category/" title="">
  • 5 ay əvvəl
  • Hacıqabul rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri barəsində cinayət işi başlanıb.