USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Tərtərdə oğurluq edən şəxs saxlanılıb


  • Hadisə,
  • 4 ay əvvəl əlavə olunub,
  • 113 dəfə oxunub
Tərtərdə oğurluq edən şəxs saxlanılıb

Tərtər şəhər sakini Ə. Qasımlı ötən ilin dekabr ayında özünə məxsus evdən məişət əşyalarının  oğurlanması barədə Tərtər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Simurq.net in Qarabağ üzrə bölgə müxbirinə verilən məlumata görə, müraciətlə əlaqədar olaraq Tərtər RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tərtər şəhər sakini Ramiz Malıyev saxlanılıb. Araşdırmalarla onun evdən 1 ədəd televizor və 1 ədəd qol saatı oğurlamaqla zərərçəkmişə 700 manata yaxın ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı R. Malıyev törətdiyi cinayət əməlini etiraf edib.  

Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

Fəzail Səfərov


Oxşar xəbərlər