USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Texasdakı şaxtaların ABŞ iqtisadiyyatına vurduğu zərər hesablanıb


  • Dünya,
  • 4 ay əvvəl əlavə olunub,
  • 37 dəfə oxunub
Texasdakı şaxtaların ABŞ iqtisadiyyatına vurduğu zərər hesablanıb

ABŞ iqtisadiyyatının Texas ştatındakı dağıdıcı şaxtalardan itkiləri 80-90 mlrd. dollar civarında qiymətləndirilir.

"Simurq.net"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, hesablamaları təbii fəlakətlərin araşdırması ilə məşğul olan "Enki Research" analitik mərkəzi aparıb.

Mərkəzin mütəxəssisi Çak Uotson bildirib ki, ABŞ bu ilin əvvəlində Texasda qeydə alınan dağıdıcı şaxtalar səbəbindən milyardlarla dollar itkilərə məruz qalıb.

Mütəxəssisin fikrincə, infrastruktura dəyən zərər (soyuqda partlayan borular daxil olmaqla) 35 mlrd. dollara çatacaq. Tədarük zəncirinin pozulması səbəbindən ABŞ iqtisadiyyatı əlavə 45 mlrd. dollar itirəcək.

Ekspert qeyd edib ki, 20 mlrd. dollarlıq zərər sığorta şirkətlərindən alınan ödənişlər hesabına ödəniləcək.


Oxşar xəbərlər