USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

THY Gəncəyə uçuşlar təşkil etməyi planlaşdırır


  • Siyasət,
  • 4 ay əvvəl əlavə olunub,
  • 63 dəfə oxunub
THY Gəncəyə uçuşlar təşkil etməyi planlaşdırır

"Türk Hava Yolları" avuaşirkətinin (THY) Azərbaycandakı nümayəndəsi Selahattin İlyas Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Simurq.net in məlumatına görə, görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztür və "Türk Hava Yolları"nın Gəncədəki nümayəndəsi Cabir Peçe də iştirak ediblər.

THY-nin Azərbaycandakı nümayəndəsi Selahattin İlyas bildirib ki, Gəncə, Göygöl, Gədəbəy, Naftalan və digər ətraf ərazilərin turizm potensialının günü-gündən inkişaf etməsi bölgəyə gələn xarici qonaqların sayına müsbət təsir edir. Bu və bir sıra digər amilləri nəzərə alan "Türk Hava Yolları" sərfəli qiymətlərlə Gəncəyə uçuşlar təşkil etməyi planlaşdırır.

Niyazi Bayramov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi Gəncəyə səfər edəcək yerli və xarici turistlərin sayına təsirsiz ötüşməyəcək. O, həmçinin vurğulayıb ki, Azərbaycan son illərdə turizm sahəsində müəyyən irəliləyişlər əldə edib. Bu sahənin inkişafına işğaldan azad edilən torpaqlarımızda qurulacaq infrastruktur da müsbət təsir göstərəcək. Gəncənin yerləşdiyi coğrafi mövqe bölgəyə gələcək olan turistlər üçün olduqca əlverişlidir. Belə ki, buradan sözügedən ərazilərə daha rahat səfərlər etmək mümkündür.

Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk və "Türk Hava Yolları"nın Azərbaycandakı nümayəndəsi Selahattin İlyas məsələ ilə bağlı müsbət gözləntilərin olduğunu qeyd ediblər. Bildirilib ki, Gəncəyə uçuşların may ayından təşkil edilməsi planlaşdırılır.



Oxşar xəbərlər