USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Tokio Olimpiyada Oyunları xarici ölkələrdən tamaşaçılar olmadan keçiriləcək


  • İdman,
  • 6 ay əvvəl əlavə olunub,
  • 70 dəfə oxunub
Tokio Olimpiyada Oyunları xarici ölkələrdən tamaşaçılar olmadan keçiriləcək

Bu il Tokioda keçirilməsi planlaşdırılan Yay Olimpiyada Oyunları və Paralimpiada Oyunları koronavirus pandemiyası ilə əlaqədar xarici ölkələrdən tamaşaçılar olmadan keçiriləcək.

Simurq.net in məlumatına görə, bu, Beynəlxalq Olimpiyada Komitəsi və Beynəlxalq Paralimpiada Komitəsinin qərarında əksini tapıb.

Videokonfrans formatında keçirilən tədbirdə bildirilib ki, Yaponiya sərhədlərindən kənarda oyunlara bilet alanlarla bağlı vəziyyətə də aydınlıq gətirilməsi üzərində iş aparılır.

Qeyd edək ki, Tokioda Olimpiyada Oyunlarının 2020-i ilin iyul-avqust ayarında keçirilməsi planlaşdırılsa da, pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Oyunlar 2021-ci il 23 iyul—8 avqust tarixləri aralığında keçiriləcək. Eyni zamanda Olimpiyada Oyunlarının “Tokio-2020” adı da saxlanılıb.


Oxşar xəbərlər