USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Tovuz rayon İcra Hakimiyyəti nümayəndələri şəhidimizin yeni dünya gəlmiş körpəsini ziyarət etdilər. FOTO


  • Araşdırma,
  • 5 ay əvvəl əlavə olunub,
  • 59 dəfə oxunub
Tovuz rayon İcra Hakimiyyəti nümayəndələri şəhidimizin yeni dünya gəlmiş körpəsini ziyarət etdilər. FOTO

Məlum olduğu kimi keçən il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə cəhd göstərib. 

Düşmənə qarşı aparılan döyüş əməliyyatlarında iştirak edən Tovuz rayonunun Ağdam kənd sakini, hərbi qulluqçu Məmmədov Elşad Dönməz oğlu şəhidlik zirvəsinə yüksəlib. Şəhidin bu günlərdə ikinci oğlan övladı dünyaya gəlib.

Bu gün Tovuz Rayon İcra Hakimiyyətinin nümayəndələri şəhidin ailəsinə baş çəkiblər. Şəhidimizin ikinci övladının dünyaya gəlməsi münasibətilə ailə üzvlərinə göz aydınlığı verərək Şəhid Elşad Məmmədovun vətənin müdafiəsində göstərdiyi rəşadətdən qürur duyduqlarını, Allahdan bütün şəhidlərimizə rəhmət dilədiklərini bildiriblər. Qeyd edilib ki, ölkəmizdə şəhid ailələrinin və qazilərin qayğıları dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş şəhidlərin xatirəsi daim yaddaşlarda qalacaq.

Şəhidin ailə üzvləri onlara göstərilən qayğıya görə razılıqlarını ifadə ediblər.



Oxşar xəbərlər