USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Tovuzda yaşayış evi əşyaları ilə birgə yanaraq kül olub


  • Hadisə,
  • 4 ay əvvəl əlavə olunub,
  • 41 dəfə oxunub
Tovuzda yaşayış evi əşyaları ilə birgə  yanaraq kül olub

Hadisə Rayonun Əlimərdanlı kəndində, yerli sakin İlham Bayramova məxsus 3 otaqdan ibarət fərdi evdə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə hallar Nazirliyinin 2 yanğınsöndürən maşını və təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 20 kvadratmetr olan 1 otaq içərisində olan əşyalarla birlikdə yanıb.

Yanğının qonşu evlərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

İlkin etimala görə yanğına səbəb evin damında elektrik naqillərindən baş verən qısa qapanma olub.

Faktla bağlı araşdırma aparılır
Əli Həsənov


Oxşar xəbərlər