USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Tramp Respublikaçılara onun adından istifadəni qadağan etdi


  • Dünya,
  • 3 ay əvvəl əlavə olunub,
  • 53 dəfə oxunub
Tramp Respublikaçılara onun adından istifadəni qadağan etdi

ABŞ-ın keçmiş prezidenti Donald Trampın vəkilləri Respublikaçılar partiyasının üç təşkilatına qarşı tələb irəli sürüblər.

“Reuters” xəbər verir ki, eks-prezident ianə toplamaq üçün göndərilən məktublarda, eləcə də suvenirlərdə onun adından və obrazından istifadə olunmasının dayandırılmasını tələb edir.   

“Prezident Tramp Respublikaçılar partiyasına və mühafizəkarların seçiminə sadiqdir. Lakin bu heç kimə izn vermir ki, onun icazəsi olmadan adından və obrazından istifadə etsinlər”, - deyə vəkillərin tərtib etdikləri sənəddə deyilir.

Qeyd edək ki, Tramp prezident vəzifəsindən getdikdən sonra etdiyi ilk çıxışında demokratları yenidən məğlub edə biləcəyini açıqlayıb. Bununla da o, 2024-cü ildəki prezident seçkilərində iştirakına eyham vurub.


Oxşar xəbərlər