USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Türkiyə ilə birgə “Bir məhsul, iki bazar” mövzusunda forum keçirilib - FOTO


  • Siyasət,
  • 4 ay əvvəl əlavə olunub,
  • 5468 dəfə oxunub
Türkiyə ilə birgə “Bir məhsul, iki bazar” mövzusunda forum keçirilib - FOTO

“Bir məhsul, iki bazar: Azərbaycan-Türkiyə qarşılıqlı kooperasiya və ticarət imkanlarının genişləndirilməsi” mövzusunda onlayn forum keçirilib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata əsasən, forum Agentliyin təşəbbüsü və Türkiyə Respublikasının Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) dəstəyi ilə bu gün baş tutub. 

Azərbaycan və Türkiyə tərəfindən aidiyyəti qurumların, iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən ixracatçı şirkətlərin iştirakı ilə təşkil olunmuş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı, ölkələrimizin həmrəyliyi bütün sahələrdə olduğu kimi iqtisadi-ticarət əlaqələrinin inkişafına da stimul verir.

Azərbaycan və Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün potensial böyükdür və bugünkü forumun məqsədi də bu imkanların reallaşdırılması və əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etməkdir. Orxan Məmmədov hər iki ölkənin KOB-larının iştirakı ilə məhsulların birgə istehsalı, qarşılıqlı satış imkanlarının genişləndirilməsi və KOB-lar arasında kooperasiya üçün geniş imkanların olduğunu, KOBİA və KOSGEB-in bu istiqamətdə KOB subyektlərinə dəstək ola biləcəyini vurğulayıb. Qeyd olunub ki, ölkələrimizin coğrafi mövqeyi və fərqli bazarlarda üstünlükləri bu kooperasiyanı həm də üçüncü bazarlara ixrac üçün səmərəli edə bilər.

KOSGEB rəhbəri Hasan Basri Kurt çıxışında Türkiyənin ticarət əlaqələri və ixrac potensialı barədə məlumat verib, bu sahədə KOB-lara göstərilən dəstək və əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Azərbayanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev təmsil etdikləri qurumların fəaliyyəti barədə danışıb və əməkdaşlıq perspektivləri üzrə təkliflər irəli sürüblər.

Forumun sonunda Azərbaycan və Türkiyə tərəfindən istehsal olunan məhsulların rəqəmsal nümayişi həyata keçirilib.  



Oxşar xəbərlər