USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Türkiyə millisi Niderlandı məğlub edib


  • İdman,
  • 4 ay əvvəl əlavə olunub,
  • 43 dəfə oxunub
Türkiyə millisi Niderlandı məğlub edib

DÇ-2022-nin seçmə qrup mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, açılış matçı İstanbulda baş tutub.

G qrupunda yer alan Türkiyə yığması əsas rəqibi sayılan Niderlandı Atatürk Olimpiya Stadionunda qəbul edib. Qonaqlar qrupun aşkar favoriti göstərilsə də, Şenol Günəşin yetirmələri ilk matçdaca gücünü göstəriblər. Burak Yılmazın qolları ilə birinci hissədə önə keçən “ay-ulduzlular” fasilədən dərhal sonra fərqi 3 topa çatdırıb.

Düzdür, Frank de Burun kollektivi sonlara yaxın iki dəqiqə ərzində 2 qol vuraraq rəqibi həyəcanlandırsa da, geridönüş edə bilməyib. Burak cərimə zərbəsindən gözəl qolla het-trikə imza atıb. Son dəqiqələrdə niderlandlılar penalti qazansalar da, Memfis Depayın zərbəsini dəf edən Uğurcan Çakır fərqin minimuma enməsinə imkan verməyib. Beləliklə, bol qollu alınan görüşdə qələbə qazanan Türkiyə millisi seçmə mərhələyə 3 xalla start götürüb.

Qeyd edək ki, Türkiyə millisi qrupda növbəti oyununu martın 27-də İspaniyanın Malaqa şəhərində Norveçə qarşı keçirəcək.

DÇ-2022-nin seçmə mərhələsi

24 mart

G qrupu, I tur

Türkiyə - Niderland – 4:2

Burak Yılmaz, 15, 34 (pen.), 81, Hakan Çalhanoğlu, 46 – Klaassen, 75, Luk de Yonq, 76


Oxşar xəbərlər