USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Türkiyə-Naxçıvan Dostluq Parkı istifadəyə verildi


  • Siyasət,
  • 4 ay əvvəl əlavə olunub,
  • 43 dəfə oxunub
Türkiyə-Naxçıvan Dostluq Parkı istifadəyə verildi

Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün istifadəyə verilən yeni qərargah binasında və Türkiyə-Naxçıvan Dostluq Parkında yaradılan şəraitlə tanış olub.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin sədrinə raport verib.

Məlumat verilib ki, ümumi sahəsi 3600 kvadratmetr olan ərazidə inşa edilən 3 mərtəbədən ibarət qərargah binasında növbətçi, silah, əməliyyat, tibbi, tədris və digər xidməti otaqlar, yeməkxana, qazanxana vardır. Binanın həyətində xüsusi təyinatlılar üçün təlim meydanı hazırlanıb.

Hərbi hissənin ərazisində Türkiyə-Naxçıvan Dostluq Parkı yaradılıb. Ümumi sahəsi 17 min kvadratmetr olan istirahət parkı salınıb. Parkda 75 müxtəlifölçülü oturacaqlar və 38 müxtəlif heykəl quraşdırılıb, müxtəlif dekorativ ağac və güllər əkilib. Parkda ümumi sahəsi 114 kvadratmetr olan fəvvarə tikilib, bayrağı özündə əks etdirən 9 metr hündürlüyündə alov maketi hazırlanıb.


Oxşar xəbərlər