USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Türkiyə Rusiyanın Su-35 və Su-57 qırıcılarının alınmasını istisna etmir


  • Dünya,
  • 7 ay əvvəl əlavə olunub,
  • 113 dəfə oxunub
Türkiyə Rusiyanın Su-35 və Su-57 qırıcılarının alınmasını istisna etmir

Türkiyə Rusiyanın Su-35 və Su-57 qırıcılarının alınması ehtimalını istisna etmir, ancaq bu məsələdə prioritet özünün beşinci nəsil qırıcılarının hazırlanmasıdır.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank deyib.

“Əgər Rusiyada bizim hazırki tələbatımıza uyğun təyyarə varsa, əgər bu təyyarənin bizim sistemimizə tətbiqi ilə bağlı problemlər yaranmırsa, o zaman, əlbəttə ki, istər Rusiyadan, istərsə də başqa ölkədən ala bilərik”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, bu məsələlər tez-tez iki ölkə liderlərinin görüşlərində müzakirə olunur.


Oxşar xəbərlər