USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Türkiyə XİN: Azərbaycan Vətən müharibəsində qələbəsi ilə türkdilli dövlətlərin gücünü dünyaya göstərdi


  • Dünya,
  • 4 ay əvvəl əlavə olunub,
  • 47 dəfə oxunub
Türkiyə XİN: Azərbaycan Vətən müharibəsində qələbəsi ilə türkdilli dövlətlərin gücünü dünyaya göstərdi

“Artıq türkdilli dövlətlər güclüdür. Vətən müharibəsi ilə işğal altındakı torpaqlarını 44 gün ərzində azad edən Azərbaycan bunu bütün dünyaya göstərdi".

Simurq.net in xəbərinə görə, bunu Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran Türkiyə Xaric İşlər Nazirliyinin (XİN) Strateji Araşdırmalar Mərkəzi və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu il dönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“Bu zəfər Azərbaycanın olduğu qədər bizim də zəfərimizdir. Eyni zamanda, bu onu göstərir ki, birlikdə öhdəsindən gələ bilməyəcəyimiz problem yoxdur”, - deyə XİN başçısının müavini vurğulayıb.


Oxşar xəbərlər