USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Türkiyədə dəhşətli qəza baş verib: FOTO


  • Dünya,
  • 7 ay əvvəl əlavə olunub,
  • 2543 dəfə oxunub
Türkiyədə dəhşətli qəza baş verib: FOTO

Türkiyənin Konya şəhərində dəhşətli qəza nəticəsində beş nəfər ölüb, 38 nəfər yaralanıb.

“Haber Global” məlumat verir ki, hadisəyə səbəb qarlı hava və yolun buz bağlaması olub.

Belə ki, Konyadan Karapınar istiqamətinə gedən yük maşını idarəetməni itirərək aşıb. Bu zaman arxadan gələn avtomobilin sürücüsü yük maşınının sürücüsünü qəzalı avtomobildən çıxarıb.

Həmin vaxt arxadan gələn avtobus buzlu yolda sürüşüb və yolda dayanan avtomobilə çırpılıb.

Qəza nəticəsində avtomobildə olan iki nəfər və avtobusdakı üç nəfər həyatını itirib. Avtobusun 38 sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə çox sayda polis və səhiyyə işçiləri cəlb edilib, yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanıb.



Oxşar xəbərlər