USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Türkiyədə iki yük qatarı toqquşub, xəsarət alanlar var


  • Dünya,
  • 6 ay əvvəl əlavə olunub,
  • 57 dəfə oxunub
Türkiyədə iki yük qatarı toqquşub, xəsarət alanlar var

Türkiyədə iki yük qatarının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. 

Simurq.net in “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə Adananın Pozantı rayonunda qeydə alınıb.

Ankara-Niğde istiqamətində hərəkətdə olan iki yük qatarı hələlik məlum olmayan səbəbdən toqquşub, 8 vaqon relsdən çıxıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Qəza nəticəsində xəsarət alan 2 maşinist xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Oxşar xəbərlər