USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Türkiyədə Qarabağın azad olunmasına qarşı çıxan PKK-çılar saxlanıldı


  • Dünya,
  • 6 ay əvvəl əlavə olunub,
  • 66 dəfə oxunub
Türkiyədə Qarabağın azad olunmasına qarşı çıxan PKK-çılar saxlanıldı

Türkiyədə Ankara Baş Prokurorluğunun barələrində həbs qərarı çıxardığı 12 PKK terrorçusundan 10 nəfərini saxlanılıb.

Bu barədə “Anadolu” agentliyi xəbər verib.

Saxlanılan şəxslərin Azərbaycana aid torpaqların erməni işğalından xilas edilməsinə qarşı hazırlanan və PKK-ya yaxın internet saytlarında yayımlanan bəyanatı imzaladıqları da təsbit edilib. 

Şübhəlilər arasında İnsan Haqları Dərnəyinin (İHD) rəhbəri Öztürk Türkdoğan və HDP-nin Eskişehir bölgə təşkilatının rəhbəri də var.

Ünvanlarda aparılan axtarışlar zamanı ələ keçirilən çoxlu sayda təşkilati sənəd və rəqəmsal materiallar müsadirə edilib.

Şübhəlilərin dindirilməsi davam edir.


Oxşar xəbərlər