USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Türkiyədə Rusiya səfirinin qətlində təqsirli bilinən 5 nəfərə ömürlük həbs verilib


  • Dünya,
  • 3 ay əvvəl əlavə olunub,
  • 42 dəfə oxunub
Türkiyədə Rusiya səfirinin qətlində təqsirli bilinən 5 nəfərə ömürlük həbs verilib

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlində təqsirləndirilən şəxslərə hökm oxunub.

"Simurq.net"in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Ankara məhkəməsinin hökmü ilə təqsirləndirilənlərdən 5 nəfər ömürlük azadlıqdan məhrum edilib.

Qətldə təqsirləndirilən 9 nəfər isə 5 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər. 

İş üzrə təqsirləndirilən 5 nəfərə bəraət verilib, daha 9 nəfər isə axtarışadır.

Xatırladaq ki, 2016-cı il dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən sərgidə çıxışı zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.


Oxşar xəbərlər