USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Türkiyəli qapıçı dünya yığmasına düşüb


  • İdman,
  • 4 ay əvvəl əlavə olunub,
  • 42 dəfə oxunub
Türkiyəli qapıçı dünya yığmasına düşüb

20 yaşadək futbolçulardan ibarət dünya yığması açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2000-ci il və daha sonra anadan olan 11 oyunçunu müəyyənləşdirib.

4-3-3 sistemi ilə qurulan heyətdə türkiyəli Ersin Destanoğlu da yer alıb. “Beşiktaş”ın qapıçısı Ansu Fati, Erlinq Haland, Rodriqo, Alfonso Devis kimi ulduzlarla eyni komandaya daxil edilib.

Qapıçı: Ersin Destanoğlu (Türkiyə, “Beşiktaş”);

Müdafiəçilər: Uesli Fofana (Fransa, “Lester”), Serjino Dest (ABŞ, “Ayaks”), Alfonso Devis (Kanada, “Bavariya”), Kris Riçards (ABŞ, “Bavariya”);

Yarımmüdafiəçilər: Sandro Tonali (İtaliya, “Yuventus”), Fil Foden (İngiltərə, “Mançester Siti”), Eduardo Kamavinqa (Fransa, “Renn”);

Hücumçular: Erlinq Haland (Norveç, “Borussiya” D), Ansu Fati (İspaniya, “Barselona”), Rodriqo (Braziliya, “Real”).


Oxşar xəbərlər