USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Ukrayna Prezidenti: “Türkiyə ilə ortaq maraqlarımız var”


  • Dünya,
  • 2 ay əvvəl əlavə olunub,
  • 48 dəfə oxunub
Ukrayna Prezidenti: “Türkiyə ilə ortaq maraqlarımız var”

“Türkiyə ilə çox yaxşı münasibətlərimiz və ortaq maraqlarımız var”.

APA-nın xəbərinə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Fransanın “Le Figaro” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynanın Türkiyə ilə hazırda ticarət dövriyyəsi 5,5 milyard dollar təşkil edir və bunu iki dəfə artırmaq niyyəti var.

“Mən Ukraynanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Türkiyədən nümayəndə heyətinin ölkəmizə səfər edərək bizə dəstək verməsini istərdim. Düşünürəm ki, bu, belə də olacaq”, - deyə Ukraynanın dövlət başçısı vurğulayıb. 

V. Zelenski “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın NATO-ya üzvlüyünə kömək edəcək?” sualına cavab olaraq qeyd edib ki, Qara dəniz bölgəsində əməkdaşlıq vacibdir: “Təhlükəsizlik baxımından Türkiyədən çox şey asılıdır. Beynəlxalq platformalarda gördüklərimə və eşitdiklərimə əsasən, Türkiyənin Ukraynanın NATO-ya üzvlüyünü dəstəklədiyini bilirəm”.


Oxşar xəbərlər