USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Ukrayna səfiri Azərbaycan xalqını təbrik edib


  • Siyasət,
  • 6 ay əvvəl əlavə olunub,
  • 59 dəfə oxunub
Ukrayna səfiri Azərbaycan xalqını təbrik edib

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Simurq.net in məlumatına görə, səfir bildirib ki, Novruz artıq 3000 ilə yaxındır ki qeyd edilən yaz gecə-gündüz bərabərliyinin bayramıdır və bütün Azərbaycanlılar üçün ən əziz milli bayramlardan biridir.

V. Kanevski qeyd edib ki, bu bayram Ukrayna üçün də doğmadır, çünki yerli xalqlarımızdan biri olan Krım tatarlarının da qeyd etdiyi ənənəvi bayramdır: “Ukraynada yaşayan böyük Azərbaycan diasporunu da nəzərə alsaq, Novruzun qeyd edilməsi üzrə mövcud gözəl adətlər Ukraynalıların mədəniyyətinin bir hissəsinə çevrilib.

Qardaş Azərbaycan xalqını bu gözəl bahar bayramı münasbətilə ürəkdən təbrik edirik. Novruz gələcəyə ümidlə baxdığımız bir vaxtdır. Qoy o bizə xalqlarımız arasında səmimi və dost münasibətlər, ölkələrimizə harmoniya və çiçəklənmə gətirsin.

Novruz Bayramınız Mübarək!”.


Oxşar xəbərlər