USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Ukraynada müxalif partiya Zelenskiyə qarşı impiçment proseduruna başlayır


  • Dünya,
  • 6 ay əvvəl əlavə olunub,
  • 71 dəfə oxunub
Ukraynada müxalif partiya Zelenskiyə qarşı impiçment proseduruna başlayır

Ukraynanın “Müxalif platforması-Həyat uğrunda” partiyası bır sıra telekanalların bağlanması qərarından sonra Prezident Vladimir Zelenskiyə qarşı impiçment proseduruna başlayır.

Simurq.net in xəbərinə görə, bunu Ali Radanın deputatı Vadim Rabinoviç parlamentin tribunasından bildirib.

“Bu gün siz demokratiyanın və azad sözün ürəyinə zərbə endirdiniz. Bu gün demokratik, müstəqil Ukrayna təhlükə altındadır. Yaxın vaxtlarda biz partiyanın fövqəladə qurultayını keçirəcəyik, hansı ki, bizim gələcək addımlarımızı müəyyən edəcək. Yadınızda saxlayın, siz nə partiyamızın, nə də seçicilərimizin ağzını yuma bilməyəcəksiniz. Biz Prezident Zelenskinin impiçment proseduruna başlayacağıq”, - deyə deputat vurğulayıb.


Oxşar xəbərlər