USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Vətən şəhidi Elnur Əliyevin ad günüdür - 21 yaşı olacaqdı.


  • ,
  • 6 ay əvvəl əlavə olunub,
  • 475 dəfə oxunub
Vətən şəhidi Elnur Əliyevin ad günüdür - 21 yaşı olacaqdı.

Bu gün Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Elnur Əliyevin ad günüdür.

"Simurq.net"informasiya agentliyinin xəbərinə görə, yaşasaydı əgər onun 21 yaşı tamam olacaqdı. Bu münasibətlə rayon İcra Hakimiyyətinin başçısı, şəhidimizin qohumları və döyüş yoldaşları Göyçay Şəhidlər Xiyabanına gedərək onun məzarını ziyarət ediblər, ruhuna dualar oxuyublar. Anası oğlunun bu dəfəki doğum gününü göz yaşları ilə qeyd etdiyini bildirib. Elnur Ərəstun oğlu Əliyev 2000-ci ildə Göyçay rayon Potu kəndində dünyaya göz açıb. Qəhrəman şəhidimizin bir sözü var idi: "Ya tarix yazacam, ya da tarixdə qalacam". İndi o, həm tarix yazdı, həm də adını tarixə yazdırdı. E.Əliyev Oktyabr ayının 6-sı tarixində Qubadlı istiqamətində gedən şiddətli döyüşlər zamanı başından ağır yaralanaraq şəhid olub.

Xatırladaq ki, döyüşlər zamanı göstərdiyi şücaətlərə görə ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif olunub.

Allah rəhmət etsin.

Cahangir Novruz

 



Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb.
https://simurq.net/category/" title="">
  • 6 ay əvvəl
  • Bərdədə bazarda nöqsanlar aşkarlanıb.