USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Yevlax rayonunun Qaraoğlan kənd yolu yenidən qurulur


Yevlax rayonunun Qaraoğlan kənd yolu yenidən qurulur

Ölkəmizdə həyata keçirilən müxtəlif infrastruktur layihələri sırasında avtomobil yollarının yenidən qurulması prioritet məsələlərdən biridir. Çünki yol infrastrukturunun yenidən qurulması həm insanların rahatlığına, həm də iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına xidmət edir.

Simurq.net in Qarabağ üzrə bölgə müxbiri xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi, Yevlax rayonunda da yol infrastrukturunun yenidən qurulması istiqamətində işlər görülür. Rayonda növbəti yol tikintisi Qaraoğlan kəndində aparılır. Bu yol uzun illərdir təmirsiz olduğundan sakinlər üçün çətinliklər yaradırdı. Nəhayət çətin günlər geridə qalır. Qaraoğlan kənd yolunun yenidən qurulması işləri zamanı yol yatağı genişləndirilib, qum-çınqıl qarışığı ilə hamarlanıb və birinci qat asfalt örtük salınıb. Yolun uzunluğu 4346 metr, eni 7 metrdir. Yaxın günlərdə yola ikinci qat asfalt da vurulacaq.

Qaraoğlan kənd yolunun yenidən qurulmasını razılıq və minnətdarlıq hissi ilə qarşılayan sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Fəzail Səfərov.


Oxşar xəbərlər