USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Yevlaxda avtomobil toqquşub, xəsarət alanlar var


  • Hadisə,
  • 4 ay əvvəl əlavə olunub,
  • 82 dəfə oxunub
Yevlaxda avtomobil toqquşub, xəsarət alanlar var

Yevlaxda 3 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası olub.

Simurq.net in məlumatına görə, hadisə rayonun Gülövşə kəndi yaxınlığında baş verib. “Mitsubishi”, “Mercedes” və “VAZ-2107” avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib. Xilasedicilər maşında sıxılmış vəziyyətdə qalan, Yevlax rayon sakini, 1989-cu il təvəllüdlü Kərimov Pərvin Muxtar oğlunu çıxararaq həkim briqadasına təhvil veriblər. Yaralı xəstəxanaya yerləşdirilib.

Qəza nəticəsində daha iki nəfər yüngül xəsarət alıb. Onlara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.


Oxşar xəbərlər