USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Yevlaxda dövlət əmlakını oğurlayan şəxslər ələ keçdi - FOTO


  • Araşdırma,
  • 6 ay əvvəl əlavə olunub,
  • 65 dəfə oxunub
Yevlaxda dövlət əmlakını oğurlayan şəxslər ələ keçdi - FOTO

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Yevlax stansiyası Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yüksək gərginlikli elektrik keçiricilərini (drossel tağlarını) oğurlayan şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, martın 10-da daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə drossel tağlarını oğurlamaqda şübhəli bilinən Yevlax şəhər sakinləri müəyyən olunub.

Belə ki, Yevlax şəhər sakinləri, əvvəllər məhkum edilmiş Azad Hüseynov və Dilqəm Abdullayev maddi sübutlarla birlikdə saxlanılıb.

Araşdırmalarla onların 100 metr uzunluğunda dövlət əmlakı olan tağları oğurlamaqla 1520 manat dəyərində ziyan vurduqları müəyyən edilib. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Oxşar xəbərlər