USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Yevlaxda qanunsuz olaraq narkotik alqı-satqısı ilə məşğul olan dəstə saxlanılıb.


  • ,
  • 4 ay əvvəl əlavə olunub,
  • 511 dəfə oxunub
Yevlaxda qanunsuz olaraq narkotik alqı-satqısı ilə məşğul olan dəstə saxlanılıb.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Simurq.net in Qarabağ üzrə bölgə müxbirinə bildirilib ki, əldə edilmiş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Elçin Orucov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən güclü təsiredici xassəyə malik heroin  aşkar edilərək götürülüb. 

 E. Orucov ondan aşkar edilmiş narkotik vasitəni Yevlax rayon sakini, Sadiq Şıxıyevdən pul müqabilində aldığını bildirib. Keçirilmiş tədbirlərlə S. Şıxıyev də saxlanılıb. Onun ətrafında davam etdirilən tədbirlərlə həmin narkotik vasitəninin mənbəyinin Yevlax şəhər sakini, Bəhruz Novruzov da olduğu müəyyən edilib və o şübhəli şəxs qismində saxlanılıb.

 Eləcə də E. Orucovun ətrafında aparılan genişmiqyaslı tədbirlər nəticəsində vətəndaşa məxsus avtomaşından 2 ədəd akkumulyator oğurladığı da müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Yevlax RPŞ-araşdırmalar davam etdirilir.

Fəzail Səfərov.

 

 


Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb.
https://simurq.net/category/" title="">
  • 4 ay əvvəl
  • Bərdədə bazarda nöqsanlar aşkarlanıb.