USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Yevlaxda toy məclisində iştirak edənlər cərimələnib. FOTO


  • Gündəm,
  • 2 ay əvvəl əlavə olunub,
  • 41 dəfə oxunub
Yevlaxda toy məclisində iştirak edənlər cərimələnib. FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Simurq.net ə verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Kövər kənd sakini Mətləb Qasımov yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy məclisi təşkil etdiyi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 10 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.



Oxşar xəbərlər