USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Zərdabda çətənə bitkisi yetişdirən şəxs saxlanılıb FOTO


  • ,
  • 4 ay əvvəl əlavə olunub,
  • 1831 dəfə oxunub
Zərdabda çətənə bitkisi yetişdirən şəxs saxlanılıb FOTO

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Simurq.net in Qarabağ üzrə bölgə müxbirinə bildirilir ki, daxil olmuş məlumat əsasında Zərdab RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Köprükənd kənd sakini, əvvəllər məhkum edilmiş Mehman Məmmədov saxlanılıb. M. Məmmədovun yaşadığı ünvana baxış keçirilən zaman oradan aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 13 ədəd çətənə kolu və 330 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Fəzail Səfərov




Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olan şəxslər müəyyən edilib
https://simurq.net/category/" title="">
  • 4 ay əvvəl
  • İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olan şəxslər müəyyən edilib