USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Zərdabda keçirilən əməliyyat keçirildi.


  • Hadisə,
  • 2 ay əvvəl əlavə olunub,
  • 52 dəfə oxunub
Zərdabda keçirilən əməliyyat keçirildi.

Zərdabda keçirilən əməliyyat keçirildi. Zərdabda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Simurq.net" verilən məlumata görə, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası, saxlanılması və satışı ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Pərvanlı kənd sakinləri Yusif Qədirov, Azər Abdullazadə, Cahandar Cəfərquliyev və Gülağa Sədizadə saxlanılıblar. Onların aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 21 ədəd çətənə kolu və satış məqsədi ilə qablaşdırdığı qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Oxşar xəbərlər