USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Zərdabda ümumi məhsul buraxılışının həcmi 2 milyon manatadək artıb


Zərdabda ümumi məhsul buraxılışının həcmi 2 milyon manatadək artıb

Zərdab rayonunda ötən il ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən 1 milyon 993 min manat artaraq 165 milyon 490,1 min manat olub.

Rayon icra hakimiyyətindən Simurq.net informasiya agentliyinə verilən məlumatda bildirilib ki, ümumi məhsul buraxılışında aqrar sektorun payı 79 milyon 528,3 min manat təşkil edib. Bu sahədə artım 5 milyon 808 min manatdır. Dünyanı cənginə alan koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, iqtisadiyyatın digər sahələrində də artım olub. Keçən il 7 milyon 281,6 min manatlıq sənaye məhsulları istehsal edilib və bu sahədə artım 822 min manatdır.

Cahangir Novruz


Oxşar xəbərlər